Ukrayna Kosovodakı sülhməramlılarını çıxarır
Ukrayna Kosovoda sülhməramlı missiyada iştirak edən hərbçilərini geri çağırmağa qərar verib.
Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, hazırda Kosovodakı sülhmrəamlı heyətin Ukraynaya qaytarılması istiqamətində tədbirlər görülür.
Xatırladaq ki, iyulun 31-də Kosovonun şimalında serblərlə toqquşmalar baş verib.
Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo ordusunun ölkənin şimalında serblərə hücum edəcəyini iddia edib.