Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"Almaniyanın fəlakətə üç ayı qalıb" -Bloomberg

"Almaniyanın fəlakətə üç ayı qalıb" -    Bloomberg  
Almaniyanın qışda təbii qaz çatışmazlığı səbəbindən yarana biləcək fəlakətin qarşısını almaq üçün üç ay vaxtı var. 
Yenixeber.org:  Bu barədə Bloomberg yazıb.
“Hazırda yayın qızğın vaxtı olmasına baxmayaraq, Berlinin mümkün qıtlığın qarşısını almaq üçün az vaxtı qalıb”, - nəşr yazıb.

Məqalə müəllifinin fikrincə, Almaniya kansleri Olaf Şolzun qətiyyətsiz siyasəti və onun Rusiya enerji məhsullarından asılılığın azaldılmasında ləngliyi belə acınacaqlı vəziyyətə gətirib çıxarıb.

"İndi şəhərlər məhdudiyyətlər tətbiq etməyə məcburdur. Berlindəki prezident sarayı artıq gecələr işıqlandırılmır. Hannover üzgüçülük hovuzlarında və idman zallarında duş qəbul etmək üçün isti suyu kəsiblər, bütün ölkə üzrə bələdiyyələr insanları soyuqdan qorumaq üçün qızdırıcıları olan sığınacaqlar hazırlayır. Bu, bütün Avropanı bürüyəcək böhranın yalnız başlanğıcıdır", - məqalədə yazılıb.

Eyni zamanda, müəllif qeyd edib ki, Bundestaqın alternativ enerji təchizatı ilə bağlı səyləri uğursuzluğa düçar olur.

Qeyd edək ki, Rusiya Ukrayna ərazisinə qoşun yeridəndən sonra əksər Avropa ölkələri Moskvaya qarşı sərt iqtisadi-siyasi tədbirlər gördülər. Cavabında isə Kreml qaz satışı siyasətində dəyişikliklər edib. Bu isə bir sıra Avropa dövlətləri üçün ciddi problemlər yaradıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam