Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Çin dənizində Nensi fırtınası

Çin dənizində Nensi fırtınası
Bu gün ABŞ Konqresinin spikeri Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyətinin Asiya ölkələrinə turnesi başlayır. Onun ABŞ-ın yaxın müttəfiqləri olan Yaponiya, Güney Koreya, həmçinin Malayziya və Sinqapura gedəcəyi planlaşdırılıb.
Yenixeber.org: Xanım Pelosinin Tayvana da gedib-getməyəcəyi haqqında isə xeyli vaxtdır ki, gərgin spekulyasiyalar davam etməkdir. ABŞ prezidenti Co Bayden bununla bağlı bildirmişdi ki, spikerə Tayvana səfər edib-etməməklə bağlı heç bir məsləhət verə bilməz.

Çin hökuməti bu addıma hərbi yolla cavab veriləcəyini qəti şəkildə bildirərək, regionda aktiv təlimlər keçirir. Məsələ Çin və ABŞ-ın liderlərinin iki saatdan çox sürən telefon danışığı zamanı da müzakirə olunub.


Bu haqda informasiyalar bir neçə gündür ki, ABŞ-ın Hind-Sakit Okean bölgəsində hərbi mövcudluğunu gücləndirməsilə müşayiət olunur. Pentaqon “USS Ronald Reagan” atom avaiadaşıyıcısı gəmisinin zərbə qrupunu Cənubi Çin dənizinə göndərib. Çinin döyüş gəmiləri aviadaşıyıcı qrupu nəzarətdə saxlayırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam