Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Dövlət Departamenti:"Minalar insanların təhlükəsiz geri qayıtmasına mane olur”

 

“Minalar mülki vətəndaşları öldürür və şikəst etməklə yanaşı, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur”.

Yenixeber.org: Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, münaqişə zonasında olan minalar və partlamamış hərbi sursatlar mülki vətəndaşları öldürməkdə və şikəst etməkdə davam edir, iqtisadi inkişafa və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur: "Regional sülhə və əməkdaşlığa dəstək məqsədilə ABŞ 2021-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsinin gedişində zərər çəkmiş rayonlarda humanitar minatəmizləmə fəaliyyəti üçün 500 min dollar ayırıb. ABŞ tərəfindən maliyyələşdirmə minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün minatəmizləmə fəaliyyəti həyata keçirən təşkilatların texniki potensialını gücləndirməyə imkan verir, bu isə təhlükəsizliyin möhkəmlənməsində həlledici rol oynayacaq və məcburi köçkünlərin öz evlərinə qaytırmasına və təhlükəsiz həyat yaşamasına imkan verəcək".

Dövlət Departamentindən deyilib ki, ABŞ humanitar problemlərin həlli istiqamətində konkret addımlar atmağa çağırır: "Bura həmçinin minalı sahələr və 1990-cı illər də daxil olmaqla, itkin düşmüş mülki vətəndaşlar və hərbçilər haqqında müvafiq məlumatların mübadiləsi də daxildir. ABŞ tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyələşdirilməsi onların Cənubi Qafqazda itkin düşmüş şəxslərin axtarışı üzrə fəaliyyətini dəstəkləməyə kömək edir. BQXK həmin şəxslərin qalıqlarının tapılmasında və geri qaytarılmasında neytral vasitəçi qismində çıxış edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam