Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İSTİ YAY GÜNLƏRİNDƏ DAYANACAQLAR  OD  TUTUB YANIR -FOTOLAR

 

Niyə günəşdən qorunan vasitələrdən istifadə olunmur?

Yenixeber.org: Yayın qızmar istisində Bakı küçələrinin bir çox dayanacaqlarında günəşdən qorunmaq üçün çətirlərdən və ya digər vasitələr (məsələn, daha geniş dayanacaqların artırılması) yoxdur. Xüsusən də səhər saatlarında – 10-dan-12-dək Bakı Nəqliyyat Agentliyinin  nəzarətində olan dayanacaqlarda avtobus gözləyən sərnişinlər qızmar günəşin istisində - günəş süaları altında dayanmaq məcburiyyətində qalırlar. Əslində, səbəbini biz də bilmək istərdik.

Mövcud vəziyyətə Biləcəri qəsəbəsi, “Avtovağzal” dairəsini, “Şamaxinka” adlanan ərazidəki dayanacaqları və sair misal göstərmək olar. Axı, səhər-səhər işinin-gücünün dalınca tələsən sərnişinlərin günəşin altında dayanıb istidən çıxıb, kondisionerli avtobuslara və yaxud da heç kondisioneri olmayan sərnişindaşıma nəqliyyatına minib, həm isti-soyuğa düşüb, həm də sıxlıq olan kondisonersiz avtobuslarda halsızlıqdan xəstə düşməyinə nə ad vermək olar?!

Bakı Nəqliyyat Agentliyinin sərnişindaşıma nəqliyyatına və dayanacaqlara nəzarət edən səlahiyyətli səxslər görəsən üzərlərinə düşən vəzifələrini niyə icra etmirlər? Bu suala qayıdacağıq.

 

Xülasə, bu durumun – 400 istidə insanların od tutub yanan dayanacaqlarda dayanıb avtobus gözləyənlərin arasında mən də vardım. Adamların simasındakı yorğunluğu, bitkinliyi, usandırıcı jestləri görməmək olmurdu. Elə mən özüm də hava temperaturunun yüksək olmasından, qızmar yayın istisində “çılpaq” dayanacaqda avtobus gözləməkdən yorulmuşdum. Dayanacağa daxil olan avtobusun gəlişini səbrsizliklə və sevinclə qarşılayan sərnişinlərin üzündəki ifadəni görməyiniz yetərlidir ki, qızmaq təndir kimi yandıran istinin insan orqanizminə nə qədər mənfi təsirini hiss edəsən... Mən hələ hipertoniya, şəkər  və ürək çatışmazlığından əziyyət çəkən insanları demirəm...

Fövqəl isti keçən yay günlərində dayanacaqlarda qoruyucu vasitələrin – ən azından  çətirlərin və ya digər vasitələrin olmaması əlbəttə ki, mənfi haldır, mən deyərdim ki, böyük qüsurdur! Bütün bu neqativ halların araşdırılması məqsədilə BNA-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Daha əvvəl qeyd etdiyim kimi bu mövzuda bizi düşündürən suallarla BNA-da bu vəzifəni icra edən səlahiyyətli səxslərlə telefon əlaqəsi yaratmağa çalışdıq. Suallarımıza qismən də olsa cavab tapmağı ümid etsək də, tam cavab ala bilmədik. Sərnişinlərin rahat şəkildə dayanacaqlardan avtobuslara minib mənzil başına çatması üçün günəşdən qorunma vasitələrinin niyə olmaması barədə sualımız cavabsız qaldı.

 

“Avtovağzal” dairəsindəki dayanacaq aidiyyəti olmayan yerdə - iki xətt zolağından arxada quraşdırıldığına görə sərnişinlər ondan istifadə edə bilmirlər. Belə ki, avtobus birinci zolaqdan dayanacağa daxil olur və sərnişin ikinci zolaqdan avtobusa yaxınlaşana qədər avtonəqliyyat yola düşür. Bax belə acınacaqlı vəziyyətdir dayanacaqlarda. Və yaxud da, bir çox yerlərdə boşuna quraşdırılan dayanacaqlarda avtobuslar ümumiyyətlə dayanmırlar. (“Azdrama”dan yuxarı qalxan yolun üzərindəki dayanacaq). Belə misalları çox göstərmək olar. BNA isə günahı avtobuslarda görür və bunu onların düzgün formada dayanacağa daxil olmaması ilə əsaslandırır.   

İndi isə keçək daha vacib məsələyə - kart yükləmə aparatlarının dayanacaqlardan yığışdırılıb böyük supermarketlərə verilməsi məsələsinə. Düşünün ki, sərnişin səhər saatlarında işə tələsir və təcili kartına gediş yükləməlidir. Marketdən isə hamının yolu hər vaxt düşmür. Ələlxüsus da, indiki bahalıq vəziyyətində... Məncə, bunu qərarlaşdırmadan öncə, əhalinin orta və aşağı təbəqə nümayəndələrinin kartına birdəfəlik gediş yükləmə imkanlarının məhdud olduğunu da nəzərə almaq lazım idi.

Söz, problem və uyğunsuzluqlar çox, amma nə yazıq ki, çarəsini bilən yox!

Dayanacaqlardakı bu cür mənfi halların tezliklə aradan qaldırılması ümidilə...

Bakı, 29 iyul, 2022 il

 

Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam