Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycanlılar artıq Türkiyədə “əcnəbi” sayılmayacaq

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu əcnəbilərin hüquqi statusuna dair mühüm sərəncam imzalayıb.

Yenixeber.org xəbər verir ki, yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vətəndaşları artıq Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.

Beləliklə, türksoylular həm dövlət, həm də özəl müəssisələrdə daha rahat şəkildə işləyə biləcəklər.

Qərar 2527 saylı Qanun çərçivəsində qəbul olunub və iş icazəsi prosedurlarında ciddi sadələşmə yaradır.

Yeni qaydalara əsasən, türksoylular Türkiyədə “əcnəbi” hesab edilməyəcək, bu da onların sosial və iqtisadi həyatda yerli vətəndaşlarla eyni şərtlərdə fəaliyyət göstərməsinə imkan verəcək.

Ekspertlər bu qərarın Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və əmək bazarının inteqrasiyasına mühüm töhfə verəcəyini bildirirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam