Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

FHN:"Xocavənd, Füzuli və Cəbrayılda 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb"

Fövqəladə Hallar Nazirliyi (FHN) Xocavənd, Füzuli və Cəbrayılda nə qədər ərazinin yandığı barədə məlumat yayıb.

Yenixeber.org: FHN-dən daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğınlardan mühafizə olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğınlar nəticəsində ümumilikdə 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam