Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Cəlilabadda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb

               Elşən Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

Yenixeber.org: İyulun 22-si saat 04 radələrində Cəlilabad rayon sakinləri 1992-ci il təvəllüdlü Könül Şahmarova və 1985-ci il təvəllüdlü Ruslan Qarayevin öldürülmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Cəlilabad Rayon Prokurorluğunun yaydığı xəbərə görə, aparılmış ilkin araşdırmalarla Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Elşən Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qardaşı arvadı Könül Şahmarovanı, daha sonra isə həmin bıçaqla sonuncunun yaşadığı evdə olan Ruslan Qarayevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam