Bakıdan Gürcüstanla sərhədə qədər avtomobil yolunun bir hissəsi təmir edilib
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 290-313 km-də təmir-bərpa işləri icra olunub.
Yenixeber.org: Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, ümumilikdə 4000 kv.m. sahədə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra əvəzinə aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.