Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclası sabah keçiriləcək

 

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası sabah Brüsseldə keçiriləcək.

Yenixeber.org: Bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına əsasən bildirib.

Onun sözlərinə görə, iclas zamanı tərəflər müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Ursula fon der Lyayen Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində iş aparıldığını xatırladıb və tezliklə bunun yekunlaşacağına ümidvar olduqlarını bildirib.

“Aİ Azərbaycanın birinci ticarət tərəfdaşı və ixrac üçün birinci istiqamətidir”, - AK Prezidenti deyib.

Xatırladaq ki, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 18-ci iclası iyulun 19-u Brüsseldə keçiriləcək. Azərbaycan tərəfini iclasda XİN rəhbəri Ceyhun Bayramov təmsil edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam