Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Vəzifə verilən prokurorlar

Yenixeber.org: Ədliyyə naziri Fikrət Məmmədov sabiq Sumqayıt şəhər prokuroru, Ali Məhkəmənin sədri Ramiz Rzayev isə sabiq hərbi prokuror olub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev də bir müddət prokurorluq sistemində yüksək vəzifə tutaraq, uğurlu fəaliyyət göstərib.

Bundan əlavə, bu gün məhkəmə sistemində strateji əhəmiyyətə malik məhkəmə sədrlərinin bir neçəsi prokurorluq orqanlarında qulluq edib: Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Ağayev, bir neçə rayon (şəhər) məhkəmələrinin sədrləri və hakimləri. Həmçinin, Konstitusiya Məhkəməsinin də bir neçə hakimi, o cümlədən İsa Nəcəfov və Mahir Muradov da böyük nüfuza sahib olan prokurorlardan olublar.

Bundan əlavə, Dövlət Təhlükəsizliyi Xidmətinin bir neçə müavini, ədliyyə nazirinin bütün müavinləri, Prezident Administrasiyasının bir neçə sektor müdiri, Nazirlər Kabinetinin bir neçə şöbə müdiri və Milli Məclisin deputatı Əminə Ağazadə sabiq prokurorluq əməkdaşı olublar.

Qeyd edək ki, bir müddət öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq prokuroru Samir Mahmudov Prezident Administrasiyasının “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin icraçı direktoru, sabiq Bakı şəhər prokuroru İlqar Abbasov isə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyinat alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam