Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

26 min manata aldığı heroini satmaq istəyən şəxs saxlanıldı -Video


Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Cəlilabad rayonundan paytaxt ərazisinə satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə gətirən şəxs saxlanılıb.
Yenixeber.org:  Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Vüqar Bayramov tutularaq Polis İdarəsinə gətirilib.
Onun əlindəki idman çantasına baxış zamanı 2 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 4 kiloqram olan narkotik vasitə heroin aşkar edilib. Həmin şəxs heroini 26 min manata sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacirlərin birindən onlayn yolla aldığını və satmaq məqsədi ilə paytaxta gətirdiyini bildirib.
Faktla bağlı Vüqar Bayramov barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vüqar Bayramovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam