Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Azərbaycanın güləş yığmaları nüfuzlu yarışların hazırlığına başlayıb

 

Güləş üzrə Azərbaycan yığmaları İslam Həmrəyliyi Oyunları və dünya çempionatına hazırlıq üzrə ilk təlim-məşq toplanışına start verib.

Yenixeber.org: Federasiyadan verilən məlumata görə, yunan-Roma güləşçiləri Bakıda məşqləri davam etdirirlər. İtaliyanın paytaxtı Romadakı Matteo Pellikone turnirindən qayıtdıqdan sonra bir neçə gün istirahət edən komanda iyulun 2-dən hazırlığı bərpa edib. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində keçirilən təlim-məşq toplanışı iyulun 20-dək davam edəcək.

Qadın güləşi üzrə hər 3 yığma Göygölə toplaşıb. Baş məşqçi əvəzi Rövşən Umudov və böyük məşqçi Həsrət Məmmədyarovun nəzarəti altında iyulun 3-də start götürən hazırlıq prosesi ayın 16-da yekunlaşacaq. Sərbəst güləşçilər də Göygöl Olimpiya İdman Kompleksində məşq keçir. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı iyulun 2-də başlayıb. Əsasən fiziki hazırlığı əhatə edən məşqlər ayın 20-də başa çatacaq.

Qeyd edək ki, İslamiada 9 - 18 avqustda Türkiyənin Konya şəhərində, dünya çempionatı isə 10 - 18 avqustda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam