Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycan güləşçiləri -Bakıda təlim-məşq toplanışı keçir

Azərbaycan güləşçiləri Bakıda təlim-məşq toplanışı keçir

Güləş üzrə Azərbaycan milli komandaları 2022-ci ilin ilk günlərindən məşqləri bərpa edib.

Yenixeber.org: Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, sərbəst güləş üzrə yığma yanvarın 15-dək Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Toplanışın əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu üzdən məşqçilər korpusu əsasən fitnes çalışmalarına üstünlük verir. Həftənin 4 günü gündə iki məşq baş tutursa, çərşənbə və şənbə günləri bir məşq gerçəkləşir. Həmin günlər keçirilən məşqlər açıq havada (əsasən stadionda) reallaşır. Hazırlıq prosesi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edir.

Digər iki milli isə bir neçə gündən sonra ölkə xaricinə yollanacaq. Yunan-Roma güləşi üzrə yığma yanvarın 10-dan 27-dək Gürcüstan millisi ilə birgə Tbilisidə təlim-məşq toplanışı keçəcək. Qadınlar isə yanvarın 12-dən 25-dək Rusiya yığması ilə Krasnoyarskda qarşıdakı yarışlara hazırlaşacaq. Komanda toplanış başa çatdıqdan sonra 2022-ci ildə ilk turnirində iştirak edəcək. Güləşçilər yanvarın 26-dan 30-dək Krasnoyarskda keçiriləcək İvan Yarıgin "Qran-pri"sində mübarizə aparacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam