Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Azərbaycanda məişət zorakılığı törədənlər cinayət məsuliyyəti daşıyacaq

 

“Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər layihəsi hazırlanıb. Bununla bağlı Cinayət, Mülki, İnzibati Xətalar məcəllələrinin bəzi bəndlərinə dəyişikliklər ediləcək”.

Yenixeber.org: Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəyişikliklərlə məişət zorakılığına cinayət nöqteyi-nəzərdən diqqət yetirilib: “Çünki bəzən məişət zorakılığına adi yanaşılır. Bəziləri hesab edirlər ki, əgər qadın zorakılığa məruz qalırsa, bu barədə cinayət işi açmamaq olar. Bu halların aradan qaldırılması istiqamətində qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam