Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Rusiya XİN:“Üçtərəfli İşçi Qrupun fəaiyyətində müəyyən tərəqqi əldə olunub”

 

“Üçtərəfli işçi qrupun iyunun 3-də Moskvada keçirilmiş iclasında, həmçinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində həmsədrlərin görüşü nəticəsində müəyyən tərəqqi əldə olunub, nəqliyyat kommunikasiyaların bərpasının müxtəlif aspektləri ilə bağlı tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olub”.

Yenixeber.org:  Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev həftəlik brifinqdə deyib.

O vurğulayıb ki, üçtərəfli İşçi Qrup çərçivəsində regionda Azərbaycanın, Ermənistanın və onların qonşularının maraqlarına cavab verən dəmiryolu və avtomobil yolunun açılması müzakirə olunur.

A.Zaytsev həmçinin Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazir müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli İşçi Qrup çərçivəsində işlərin davam etdiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam