Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Zelenski dostunu Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən uzaqlaşdırır


Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəisi İvan Bakanovu vəzifədən uzaqlaşdırmaq istəyir.

Yenixeber.org: Bunu “Politico” qəzeti Ukrayna liderinə yaxın olan dörd məmura, həmçinin UTX üçün zəruri islahatlarla bağlı Kiyevə məsləhət verən qərb diplomatına istinadən yazıb.

Nəşrin həmsöhbətlərindən biri iddia edib ki, UTX rəisinin işindən “son dərəcə narazıdırlar”:

“Onun idarəçilik bacarıqları bizi qane etmir, çünki indi böhran idarəçiliyi bacarıqlarına ehtiyacımız var, bizim fikrimizcə, onda bu keyfiyyətlər yoxdur”.

Məqalədə qeyd olunub ki, İ.Bakanov V.Zelenskinin uşaqlıq dostudur. İkinci dövlət başçısı seçiləndən sonra UTX-ya rəhbərliyi dostuna etibar edib. Amma indi onu müharibə dönəmində vəzifəyə daha uyğun olan biri ilə əvəz etmək qərarına gəlib

Mənbələrin sözlərinə görə, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra təkcə İ.Bakanovun işi deyil, həm də təhlükəsizlik xidmətinin yüksəkvəzifəli məmurlarının verdiyi qərarlar narahatlıq doğurur. Onların qənaətincə, ilk saatlarda və günlərdə qəbul etdikləri qərarlar “ölkənin qiymətli ərazilərinə, o cümlədən strateji əhəmiyyətli Xerson şəhərinə baha başa gəlmiş ola bilər”.

Ukraynanın yüksəkvəzifəli məmuru nəşrə bildirib ki, müharibə başlayanda ölkənin bir çox bölgələrində UTX rəhbərləri özlərini çox qəribə aparıblar, qaçıblar və hətta onlardan biri Çerniqovda sənədləri çıxarmağa vaxtı olmadığına görə UTX-nın bütün binasını yandırıb.

“Politico” qeyd edib ki, UTX sovet dövründəki Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) varisidir. 30 000-dən çox işçisi olan UTX-nın əməkdaşlarının sayı Böyük Britaniyanın təhlükəsizlik xidməti olan “MI5”dan yeddi dəfə çoxdur. Eyni zamanda ölkənin ABŞ-dan 16 dəfə kiçik olmasına baxmayaraq, təhlükəsizlik xidmətindəki əməkdaşların sayı təqribən ABŞ-ın Federal Təhqiqat Bürosundakı (35 000) qədərdir.

UTX-nın ənənəvi olaraq daxili kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olmasına baxmayaraq, təhlükəsizlik orqanının fəaliyyəti Qərb dövlətlərindəki analoji qurumların fəaliyyətinin əhatə dairəsindən kənara çıxır. Belə ki, onun vəzifələrinə həmçinin iqtisadi cinayətlərə və korrupsiyaya qarşı mübarizə də daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam