Rusiya Müdafiə Nazirliyinin xəstəxanası hərraca çıxarılır-Ermənistanda
Ermənistan hökuməti Rusiya Müdafiə Nazirliyinin keçmiş xəstəxanasının binasını hərraca çıxaracaq.
Yenixeber.org: Bu barədə qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib.
Hospital İrəvanda şəhərin mərkəzinə yaxın yerləşir və öz memarlıq görünüşü ilə seçilir.
Qeyd edək ki, 2020-ci ilin iyul ayında bina 8,2 milyard dram (təxminən 17,5 milyon dollar) başlanğıc qiymətlə hərraca çıxarılıb, lakin alıcı tapılmayıb. İndi başlanğıc qiymət 20% azaldılıb.