Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Sahibkarın 16 mərtəbəli binası hərraca çıxarıldı - Vergi borcuna görə

Vergilər Nazirliyi «Gəhər» Mənzil-Tikinti Kooperativinin Bakıda inşa etdiyi yaşayış binasını hərraca çıxarıb

Xeberinfo.com:   «Gəhər» Mənzil-Tikinti Kooperativinin (MTK) Bakıda inşa etdiyi 120 mənzildən ibarət 16 mərtəbəli bina 2-ci dəfədir ki, satışa çıxarılır.

Qanunvericiliyə uyğun olaraq, 2-ci cəhddə ilkin qiymət 10 faiz aşağı salınıb.

Əvvəlkindən 280 min manat ucuz Hərraca dair elanda yaşayış binasına 2,8 milyon manat qiymət qoyulduğu göstərilir.

Birinci dəfə alıcı tapılmadığından, indi binanı əvvəlkindən 280 min manat ucuz almaq olar. Bir mənzilə, orta hesabla, 21 min manat qiymət müəyyənləşdirilib.

Hərracda «Gəhər» MTK-ya məxsus lift də satışa çıxarılıb. Ona 20,8 min manat qiymət qoyulub.

Hərrac mərkəzində AzadlıqRadiosuna deyiblər ki, əmlakı qiymətləndirməyə «Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti» MMC cəlb olunubmuş.

“Gəhər”in borcu bir milyon manata yaxındır

«Gəhər» MTK-da vergi borcunun yaranma səbəblərini açıqlamayıblar. Bakı İnzibati-İqtisadi Məhkəməsinin ötən ilin sentyabrındakı qərarıyla vergi borcu tanınsa da, könüllü ödənilmədiyindən, məhkəmə icraçıları hərrac keçirirlər.

Mənzil tikintisiylə 11 ildən bəri məşğul olan «Gəhər» MTK-nın vergi borcu 975 min manatdan çoxdur.

Hərrac sentyabrın 10-də Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində keçiriləcək.

Çoxmərtəbəli ev satılan ilk hərrac deyil

Bu, vergi borcuna görə çoxmərtəbəli yaşayış evinin satışı üzrə ilk hərrac deyil. Vergilər Nazirliyi daha öncə – elə bu il «Yevrostroy-S» şirkətinin inşa etdiyi binanı da satışa çıxarmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam