Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

11 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verib? –Penitensir Xidmətdən və İctimai Komitədən açıqlama

Bu gün bəzi internet resurslarında Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı Cəzaçəkmə Müəssisəsində insident baş verdiyi barədə xəbərlər yayılıb. İddia edilir ki, hadisə müəssisənin işçiləri ilə məhkumlar arasında baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.

Yenixeber.org: İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir.

Penitensiar Xidmətin rəsmisi Mehman Sadıqov isə məlumatı təkzib edib. Bildirib ki, sözügedən cəzaçəkmə müəsisəsində heç bir insident olmayıb.


 

Ədliyyə Nazirliyi Yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib ki, 11 saylı Cəzaçəkmə Müəssisəsində belə bir hadisə baş verməyib “Mən rəsmi və qeyri-rəsmi kanallarla belə bir insidentin baş verib-vermədiyi barədə araşdırma apardım. Əldə etdiyim informasiyaya görə cəzaçəkmə müəssisəsində kütləvi itaətsizlik, dava-dalaş baş verməyib. Habelə məmurlarla məhkumlar arasında da bu cür hallar olmayıb. Müəssisədə həyat adi qaydada davam edir, yayılan informasiya həqiqəti əks etdirmir”.

Ə.Nuriyev vurğuladı ki, istənilən cəzaçəkmə müəssisəsində məhkumlar tərəfindən rejim qaydalarının pozulması halları ola bilər və bu normaldır: “Gün ərzində kiçik pozuntular baş verir və qaydalar çərçivəsində tədbirlər görülür. Amma kütləvi dava, itaətsizlik və s. baş vermir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam