Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Ramiz Göyüşov Əli Əliyevi məhkəməyə verib

YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.
Yenixeber.org: Bu barədə VİP-nin rəsmi feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, 20 may 2022-ci il saat 12:00-da Yasamal Rayon Məhkəməsində ilk prosses olacaq.
Qeyd edək ki, Ə. Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını deyib. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında ayrı-ayrılıqda şikayət veriblər. Yanvarın 13-də Əli Əliyevə birinci şikayət üzrə 5 ay həbs cəzası verilmiş, aprelin 15-də isə ikinci şikayət üzrə həbs cəzası daha 1 ay uzadılıb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında sosial şəbəkələrdə YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun qeyr-etik görüntüləri yayılıb. YAP-dan yayılan görüntülərlə bağlı açıqlamada Ramiz Göyüşovun partiyanın Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə ötən ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verildiyi bildirilib.
Ramiz Göyüşov həmçinin, partiya sıralarından da xaric edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam