Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Kontakt Home”da araşdırma başladı-SƏBƏB

Dünyada baş verən iqtisadi proseslərin fonunda qeyri-ərzaq məhsullarının qiymətində dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi üçün tədbirləri davam etdirir.

Yenixeber.org: Qurumun yaydığı məlumata görə, bu tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməməklə araşdırmanın çevik və effektiv aparılmasına əngəl yaratdığı üçün “ABC-TELECOM” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində

(//competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam