Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"SOCAR PETROLEUM"a sanksiya tətbiq edildi-SƏBƏB

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olub.
Yenixeber.org: Dövlət Xidməti bununla bağlı açıqlama yayıb. Qurumun açıqlamasında bildirilib ki, bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən "SOCAR PETROLEUM" QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb.
Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.
Bununla yanaşı, Dövlət Xidməti "SOCAR PETROLEUM" QSC-nin "Tənzimlənən qiymətlər haqqında" və "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib.
“Neft məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə qanunamüvafiq ən sərt tədbirlər görüləcəkdir”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tədbirləri davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam