Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Haqqındakı iddiaları cavablandırmayan “Kontakt Home” onlarla vətəndaşı məhkəməyə verdi -FOTOLAR

Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” bu gün onlarla vətəndaşa qarşı məhkəmə iddiası qaldırıb.
Yenixeber.org: “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi olan “ABC- Telecom” MMC tərəfindən müxtəlif rayon məhkəmələrində vətəndaşlara qarşı kredit müqaviləsi üzrə mübahisələrlə əlaqədar olaraq iddialar qaldırılıb. 

Qeyd edək ki, bu gün təkcə Sabunçu Rayon Məhkəməsində “ABC- Telecom” MMC-nin iddiaları əsasında 20 iş icraata götürülüb və hakimlər təyin olunub. 
Bundan başqa “ABC- Telecom” MMC tərəfindən Nəsimi, Qaradağ, Xaçmaz, Masallı və digər rayonlarda vətəndaşlara qarşı çoxsaylı məhkəmə iddiaları qaldırılıb. 
Məlumat üçün bildirək ki, bir gün ərzində vətəndaşlara qarşı onlarla məhkəmə iddiası qaldıran “Kontakt Home”un özü barəsində səslənən iddialara bugünə kimi cavab verməyib. Belə ki, 15 noyabr 2021-ci il tarixində “yeniavaz.com” saytında “Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? – FAKTLAR başlıqlı yazı yayımlanıb. Həmin yazıda “Kontakt Home”un vətəndaşlara yalan məlumat verməsilə bağlı yer alan iddialara “ABC- Telecom” MMC bugünə kimi cavab verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam