Azərbaycanda leysan yağışlı günlərin sayı artıb
“Aparılan araşdırmalara görə, Azərbaycanın iqlim dəyişikliklərinə həssaslıq indeksinin artması müəyyən edilib”.
Yenixeber.org: Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, quraqlıq dövrünün davamiyyəti artıb, leysan yağışlı günlərin sayı artıb: “Yəni uzun müddət yağış yağmır, sonra aylıq norma bir gündə yağdıqda bu, daşqınlarına səbəb olur”.