Azərbaycandan Bolqarıstana qaz tədarükü dayandırıldı -SƏBƏB
Yanvarın 7-dən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədarükü texniki səbəblərə görə müvəqqəti dayandırılıb.
Yenixeber.org: Bu barədə "Bulqarqaz" məlumat yayıb.
Qaz verilişinin 11 yanvar 2025-ci ildə bərpa olunması gözlənilir.
"Bulqarqaz" müvəqqəti olaraq yaranan problemi Türkiyənin BOTAŞ şirkətinin ehtiyatları hesabına aradan qaldırıb.