Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur


Məlum olduğu kimi, ötən gün sosial şəbəkələrdə “German Hospital”ın cərrahı, mama-ginekoloq Ləman Əliyevanın əməliyyat zamanı ad günü qeyd etməsinin əks olunduğu görüntülər yayılıb.
Yenixeber.org: Qalmaqallı hadisənin baş verdiyi “German Hospital”a Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev rəhbərlik edib.
Məlumat üçün bildirək ki, İlham Əliyevin adı əvvəllər də qalmaqallı hadisələrdə hallanıb. 2020-ci ildə sabiq deputat karantin rejimi qaydalarını pozaraq övladına toy mərasimi keçirdiyi üçün 15 gün müddətinə həbs edilib.
Onu da qeyd edək ki, Azərbaycan Milli Məclisinin IV çağırış deputatı olan İlham Əlisəftər oğlu Əliyev 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib. İlham Əliyev 1967-ci ildə anadan olub. Yasamal rayonundakı 158 saylı orta məktəbdə oxuyub. İxtisasca iqtisadçı olan İlham Əliyevin adı mətbuatda biznes fəaliyyəti ilə bağlı hallanır. Mətbuatda yer alan məlumatlarda bildirilir ki, İlham Əliyev “Astoriya Tibb Mərkəzi” MMC-nin təsisçilərindən biridir. “Astoriya Tibb Mərkəzi” MMC-nin digər təsisçisinin Sadıqov Fərid Akif oğlu olduğu qeyd olunur. Sadıqov Fərid Akif oğlu eyni zamanda ölkənin aparıcı provayder şirkətlərindən olan “Kaspian Telekom”un qanuni təmsilçisi olub. 2017-ci ildən şirkətin qanuni təmsilçisi Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam