Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Azərbaycanlı kinematoqrafçıların UĞURU

 

11 nəfər kinematoqrafçımız - Rafiq Quliyev, Ayaz Salayev, Vaqif Mustafayev, Hüseyn Mehdiyev, Rüfət Həsənov, Orman Əliyev, Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, İradə Bağırzadə və Asif Rüstəmov Avropa Film Akademiyasının üzvü seçilib. 

Yenixeber.org: Bu barədə Azərbaycanfilmstudiya məlumat yayıb. 

Bildirilib ki, Avropa Kino Akademiyası 1989-cu ildə Avropa Kino Cəmiyyətinin ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb. Avropa Kino Akademiyasının illik mükafatlandırma mərasimi (1996-cı ilə qədər Feliks Mükafatı adlanırdı) akademiyanın keçirdiyi əsas tədbirdir. Mərasim adətən dekabrın əvvəlində Avropanın müxtəlif şəhərlərində (ən çox Almaniyada) keçirilir. İlk mükafatlandırma mərasimi simvolik olaraq 1988-ci il noyabrın sonunda Qərbi Berlində keçirilib. Yalnız Avropa filmləri, rejissorlar və s. iştiraka icazə verilir. Qaliblərin müəyyən edilməsi proseduru 40 namizədin irəli sürülməsi ilə başlayır, onların arasında noyabrın əvvəlində elan edilən dörd namizəd müəyyən edilir. Akademiya üzvləri mükafatlandırma mərasimində elan edilən səsvermə yolu ilə qalibləri müəyyən edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam