Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Etibar Əliyev Ramiz Mehdiyevin oğlundan şikayətçidir-"...ölkəmiz üçün birbaşa təxribatdır"

Etibar Əliyev Ramiz Mehdiyevin oğluna görə Kəmaləddin Heydərova MÜRACİƏT ETDİ
        Deputat Etibar Əliyev Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib.
Yenixeber.org: Müraciətdə deyilir:
“Sizin “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları haqqında” imzaladığınız 30 dekabr 2007-ci il tarixli 140 nömrəli Əmrin 5.5-ci bəndində qeyd olunur ki, işçi heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.
Amma “Şərq-Qərb” ASC-nin səhimlərinin 96,5%-i Fövqəladə hallar nazirinin müavini, general-mayor Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.
Bu həmin nəşriyyatdır ki, 2017- ci ildə “Rus bölməsi” üçün 7 min tirajla çap olunmuş 10-cu sinif “Всеобщая история” dərsliyində qondarma “Velikaya Armeniya” xəritəsini çap etmişdi. Bu, ölkəmiz üçün birbaşa təxribat idi. O zaman Ramiz Mehdiyev böyük vəzifə tutduğundan bunun üstünü ört-basdır etdilər. Siz bütün bunlardan xəbərsiz olmazsınız.
İmzaladığınız əmrinizin icrasına nəzarət etmək imkanınızın olmadığı bəllidir. Zaman bunu göstərir. Əmrin imzalanmasından 15 il ötür. Ancaq müavininizin rəhbərlik etdiyi nəşriyyatda Dövlət Babamızın milyonlarla manat vəsaitinin mənimsənilməsi məsələsi də Sizi maraqlandırmır? Məncə düşünməyə dəyər…”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam