ATƏT-in media azadlığı üzrə nümayəndəsi Bakıya gələcək
ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Teresa Ribeyro 25-26 aprel tarixlərində Azərbaycana rəsmi səfər etməyi planlaşdırır.
Yenixeber.org: Səfər çərçivəsində Ribeyronun Azərbaycanın dövlət orqanlarının nümayəndələri, həmçinin jurnalistlər və vətəndaş cəmiyyəti fəalları ilə görüşləri planlaşdırılıb.
Səfərin məqsədi Azərbaycanda KİV azadlığı ilə bağlı vəziyyəti, o cümlədən qanunvericiliyi və onun tətbiqi təcrübəsini, jurnalistlərin təhlükəsizliyi məsələlərini və medianın plüralizmi və inkişafı məsələlərini müzakirə etməkdir.