Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır -İTTİHAM VAR...

"Dəniz sərhədləri əmin əllərdədir!"-  Müzəffər Pirizadə

"Son bir neçə aydır ki, Dövlət Sərhəd Xidməti (DSX) və bu Xidmətdəki problemlərlə bağlı ölkə mətbuatında müntəzəm məlumatlar yer almaqdadır. Bu qurumla bağlı ən maraqlı faktlardan biri DSX-nın Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə bağlıdır".

Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bir neçə ildir ki, DSX Sahil Mühafizəsinin rəisi kimi Xəzər dənizində at oynadan Müzəffər Pirizadə, qanunsuz balıq ovundan milyonlarla manat məbləğində vəsait qazanıb. Amma generalın yeganə gəliri balıqla məhdudlaşmır. Müzəffər Pirizadə həm də Xəzər dənizində batan gəmilərdən böyük pullar əldə etməkdədir. Dəmir işbazları ilə sövdələşən general onların dənizdə batan gəmiləri çıxarmasına, bu gəmilərin “metallom” kimi satılmasına şərait yaradır. Əvəzində bu iş birliyindən külli miqdarda gəlir qazanır.
Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, Müzəffər Pirizadə batan gəmilərlə bağlı şıdırğı alverini öz rəhbərliyindən – Xidmət rəisi Elçin Quliyevdən gizli şəkildə həyata keçirir. Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazansa da, dövlət büdcəsinə bu fəaliyyətdən bir qəpik də olsun vəsait daxil olmur. Bütün pullar general tərəfindən təkbaşına mənimsənilir. Müzəffər Pirizadə qanunsuz pullar hesabına ailə üzvlərinə, yaxın çevrəsinə gün ağlayır.
Generalın Müşfiq və Araz adındakı qardaşları heç harda işləmədiləri halda “Range Rover” və digər bahalı marka avtomobillər sürür, bahalı otellərdə kef edirlər. Gələn yazımızda Müzəffər Pirizadənin Pirallahı və Nargin adalarındakı “əmək fəaliyyəti” haqqında maraqlı məlumatlar verəcəyik".(Dia-az)
BİZİ İZLƏMƏYƏ DAVAM EDİN...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam