Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ATƏT XİN Şurasının iclası başlayır: -Qarabağ da müzakirə ediləcək

ATƏT XİN Şurasının iclası başlayır:  Qarabağ da müzakirə ediləcək
Bu gün ATƏT Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında iclası başlayır.
Yenixeber.org: Albaniyanın sədrliyi ilə keçiriləcək iclas iki gün davam edəcək.

Əvvəlcə iclasın Albaniyanın paytaxtı Tiranada keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tarixdə ilk dəfə olaraq videokonfrans formatında keçirilməsinə qərar verilib.

Nazirlər Şuraşı təşkilat məkanındakı təhlükəsizlik məsələlərini və böhranı nəzərdən keçirəcək. Eyni zamanda Dağlıq Qarabağ nizamlanması, Ukraynanın şərqindəki münaqişə, Dnestryanı bölgədəki vəziyyət, Belarusdakı hadisələr də diqqətdə olacaq.

Gündəlikdə təşkilatın dörd icra strukturuna namizədlərin təyin edilməsi məsələsi yer alır. Bunlar Baş katib, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru, Milli Azlıqlar üzrə Ali komissar və media azadlığı üzrə nümayəndədir. İştirakçı dövlətlərin ATƏT-dəki daimi nümayəndələri fikir ayrılıqları səbəbindən bu məsələdə razılığa gələ bilmədikləri üçün qeyd edilən vəzifələr 18 iyul 2020-ci ildən bəri boş qalıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam