İran Azərbaycanla bağlı yayılan videolara münasibət bildirib-RƏSMİ
İran səfirliyi “Sepah_Pasdaran” teleqram kanalında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Yenixeber.org: Səfirliyin yaydığı məlumata görə, hazırda videogörüntülərlə bağlı araşdırma aparılır.
Vurğulanıb ki, teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur: "Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.
Xatırladaq ki, “Sepah_Pasdaran” teleqram kanalında, mütəmadi olaraq, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Erməni mənbələri də bu kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edir.