Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkədə 18 ABŞ generalı öldürüldü -İDDİA

Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) “Qüds” qanadının komandiri, İraqda öldürülən general Qasım Süleymaninin qətlinin təşkilatçısı da daxil olmaqla 18 ABŞ generalı olub.

Yenixeber.org: Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Təyyarəni “Taliban” silahlıları vurub və göyərtədəki şəxslərin hamısı ölüb. Agentlik iddia edir ki, Əfqanıstanda öldürülən ABŞ generalları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) “Ayətulla Mayk” ləqəbli Maykl Dandria adlı nümayəndəsi də olub.

O, kəşfiyyat idarəsinin İran üzrə rəhbəri vəzifəsini tuturdu. M.Dandria həmçinin general Qasım Süleymaninin qətlinin təşkilatçısı sayılır.

M.Dandrianın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qanadının komandiri, general Qasım Süleymani bu il yanvarın 3-də ABŞ-ın raket zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam