Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Bayden yenə də Putindən danışdı: “Putinə şübhə ilə yanaşıram”

“Putinin Ukrayna müharibəsində onu çaşdırdığı deyilən bəzi müşavirlərini işdən çıxardığı və ya ev dustağı etdiyi barədə fərziyələr var, lakin bunun qəti sübutu yoxdur”.

Yenixeber.org: Bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

Bayden Rusiya Prezidenti Vladimir Putinlə ölkənin hərbi rəsmiləri arasında gərginlik olması ilə bağlı yayılan xəbərlərdən danışıb:

“Bununla bağlı çoxlu fərziyyələr var. Ancaq əmin deyiləm”.

ABŞ lideri qəti sübut olmadan bu məsələ ilə bağlı əlavə şərh verə bilməyəcəyini qeyd edib.

Bayden həmçinin, “Putinin Kiyevdəki qüvvələrinin bir hissəsini geri çəkdiyinə dair hər hansı əlamət görürsünüzmü?” sualına belə cavab verib: “İndiyə qədər bütün qüvvələrini Kiyevdən çıxardığına dair qəti sübut yoxdur”.

O, Putinin Donbas bölgəsindəki qoşunlarını gücləndirdiyi deyib: “Mən Putinə şübhə ilə yanaşıram. Onun sadəcə olaraq Donbas üzərində cəmləşdiyini deyə bilmərəm. Onun sadəcə Donbasda qalıb ölkənin digər bölgələrindən çəkilib-çəkilməyəcəyini bilmirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam