Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bayden Putinin barəsində dediklərini təkrarlayıb:"Belə adamlar ölkələri idarə etməməlidirlər"

 
Bazar ertəsi Varşavada ABŞ prezidenti Co Bayden Vladimir Putinin hakimiyyətdə qalmaması barədə fikirlərini təkrarlayıb.
Yenixeber.org: O qeyd edib ki, bu, onun öz fikridir, administrasiyanın siyasətinin dəyişməsi deyil. Bu barədə Vaşinqtondakı müxbirimiz məlumat verib.

"Mən özümə bəraət qazandırmıram  və üzr istəmirəm", - Bayden Ağ Evdə jurnalistlərə deyib. "Mən Putinin davranışından və bu adamın hərəkətlərindən hiddətlənmişəm".

“Bu, Putinin reaksiyasına səbəb olacaqmı” sualının cavabında Bayden deyib: "Onun nə düşündüyü məni maraqlandırmır".

Bayden təkrarlayıb ki, Putin "hakimiyyətdə qalmamalıdır, baxmayaraq ki, pis adamlar öz davranışlarına baxmayaraq, bəzən öz vəzifələrində qalırlar".

Bayden hesab etmir ki, onun fikirləri Moskva ilə diplomatik münasibətlərin pozulmasına gətirib çıxaracaq və ya Putinin hərbi eskalasiyanı gücləndirməsinə səbəb olacaq.

Bununla yanaşı, bazar ertəsi Ağ Ev Konqresdən milli müdafiə üçün 813 milyard dollar, o cümlədən Rusiyanın müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək və digər  Avropa və Mərkəzi Asiya ölkələrinə yardım üçün 1,6 milyard dollar istəyib.

Ötən il Bayden Pentaqon üçün 715 milyard dollar istəmişdi. Bazar ertəsi müdafiə naziri Lloyd Ostin də deyib ki, “Putin Rusiyanın təcavüzünə görə dünyanın onu böyük bədəl ödəməyə məcbur etmək əzmini yaxşı dəyərləndirməyib”.

Ağ Evin ayırdığı vəsaitin 3,2 milyard dolları demokratikləşmənin təşviqi, insan hüquqlarının müdafiəsi və antikorrupsiya işinin dəstəklənməsi üçün nəzərdə tutulub.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam