Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Rusiyanın ciddi itkiləri var" -Türkiyə Prezidenti

“Təbii ki, Rusiya ilə Ukrayna arasındakı müharibə dünyanın son vaxtlar görmədiyi, yaşamadığı bir prosesdir”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bu gün Rusiya ərazisinə, əhalisinə, hərbi, siyasi, iqtisadi və mədəni qüdrətinə görə dünyanın ilk üç dövləti sırasında yer alan bir gücdür, qüvvətdir. Bu vəziyyətə göz yummaq mümkün deyil. Ukrayna da sıradan ölkə deyil. Bu gün Ukraynanın 45 milyona yaxın əhalisi var və sahəsinə görə o qədər də kiçik dövlət deyil. Hazırda, təbii ki, dünya, xüsusən də Qərb Ukraynanı dəstəkləyir, ona sahib çıxır. Belə bir strukturdan söhbət gedir. Bu baxımdan qiymətləndirmələr aparılıb. Əlbəttə, bu da var ki, bəziləri “Bu müharibə bir həftə, 10 günə bitəcək” deyirdi. Gördüyünüz kimi, bir həftə, 10 günə bu müharibə bitməyib. Bitmədi, amma bitib-bitməməsi bir yana, çoxlu itki var. Xüsusilə uşaq və qadınlar baxımından ciddi itkilər var. İndi onlara məhəl qoymamaq mümkün deyil. Güclü Rusiyanın belə ciddi itkiləri var. Bunu müharibənin qalibi və uduzan tərəfi baxımından yaxşı qiymətləndirmək lazımdır”, - Türkiyə lideri vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, sülh ən vacib həll və çıxış yoludur: “Bu nöqteyi-nəzərdən ümid edirəm ki, biz bu işin tez bir zamanda başa çatmasına vəsilə ola bilərik. Türkiyə olaraq belə bir prosesdə həm cənab Putinin, həm də cənab Zelenskinin inamı ilə bu işi başa çatdırmaq bizi xoşbəxt edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam