Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğandan Putinə xəbərdarlıq:"...Ukrayna adi ölkə deyil"

“Rusiyanın Ukraynanı işğal edəcəyini real yanaşma sanmıram, çünki Ukrayna adi ölkə deyil. Ukrayna güclü ölkədir. Rusiya belə bir addım atmaq üçün bütün dünyada və özündə vəziyyəti nəzərdən keçirməlidir”.

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfəri zamanı jurnalistlərə deyib. O, vurğulayıb ki, böhranı rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməlidir.

Xatırladaq ki, ötən həftə ABŞ, NATO və ATƏT Rusiya ilə danışıqlar aparıb, münasibətlərdəki gərginliyi, Ukrayna böhranını müzakirə ediblər. Danışıqların çətin keçdiyi, ciddi proqres əldə olunmadığı bildirilir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə indiyədək 13 mindən çox insan öldürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam