Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Rusiyadan müharibənin bitəcəyinə dair siqnallar var”-"Qələbə qazanacağımızı 100 faiz bilirik"

“Rusiyadan müharibənin bitəcəyinə dair siqnalların olması yaxşıdır. İki il idi bunu görmürdük. Ukraynanı 3 günə işğal edib hökuməti dəyişmək planları baş tutmadı. Bu qanlı müharibədən sonra Rusiyaya etibar edə bilmərik. Biz sirr saxlamırıq, açıq şəkildə bildiririk”.

Yenixeber.org: Bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda sülh üçün bəzi güzəştlərin edilib-edilməyəcəyi məsələsinə toxunan Zelenski qeyd edib ki, hazırda ölkə müharibə şəraitindədir: “Bu müharibədən sonra başqa bir müharibə istəmirik. Ukraynanın təhlükəsizliyi razılaşmalarda təmin edilməlidir”.

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın Polşa ilə münasibətləri yaxşıdır: "Çoxlu sayda Ukrayna vətəndaşı Polşa ərazisindədir. Bizim həmvətənlərimiz Rumıniya və Moldovada da yaşayır. Qonşularımızla münasibətlərimiz yaxşıdır. Müharibə zamanı kimin dost, kimin düşmən olduğunu öyrəndik”.

Ukraynada demokratiyanın mövcud olduğunu deyən Zelenski müharibə zamanı xalqın daha da birləşdiyini vurğulayıb.

"Qələbə qazanacağımızı 100 faiz bilirik, amma bunun nə vaxt olacağını bilmirik. Diplomatlarımız bölgəyə sülh gətirməyə çalışırlar. Amma bundan əvvəl silahların susması, insanların evakuasiyası, ərzaq və dərmanların çatdırılması kimi məsələlər həyata keçirilməlidir”, - Zelenski ölkəsinin Rusiya ilə mühribədən qalib çıxacağını iddia edib.

Ukrayna lideri etiraf edib ki, ölkəsi NATO-ya üzv ola bilməyəcək.

Avropadan gələn yardıma toxunan ölkə liderinin sözlərinə görə, Qərb və dünya daha çox şey edə bilər: “Hər kəs bacardığı qədər mübarizə aparmalıdır. Oturduqları kafeyə bomba düşməyincə nə baş verdiyini anlamayacaqlar. Ancaq belə bir şey olsa, hava məkanını bağlamağı düşünəcəklər. (Silah-sursat-red) Verə bilməyəcəklərini anlayanda satın almaq istədiyimizi bildirdik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam