Prezident Azərbaycan və İspaniya arasında -məxfi məlumatın mübadiləsi ilə bağlı sazişi təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” sazişi təsdiqləyib.
Yenixeber.org: Dövlət başçısı sazişin təsdiqlənməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, saziş 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanıb.