Rus əskərlər mülki insanları atəşə tutur -VİDEO
Rusiya qoşunları Enerqodara yaxınlaşaraq nəzarət-buraxılış məntəqəsini atəşə tutublar.
Yenixeber.org: Bu barədə Enerqodar meri Dmitri Orlov Telegram-da bildirib.
Onun sözlərinə görə, düşmən iri hərbi texnika kolonnası ilə nəzarət-buraxılış məntəqəsini atəşə tutub və mülki əhaliyə qarşı silahdan istifadə edir.
Orlov bildirib ki, düşmənin 100-ə yaxın zirehli texnikası Enerqodara daxil olub. Mer yerli sakinləri evdə qalmağa və pəncərələrə yaxınlaşmamağa çağırıb.