Lavrovun Cenevrədəki çıxışı baykot edildi - FOTOLAR+VİDEO
Bu gün Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında diplomatlar iclas zalını tərk edib.
Yenixeber.org: Onlar Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq bu addımı atıblar.
Rusiya üçün hava məkanı bir çox ölkələrə bağladığından xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyəti iclasda iştirak edə bilməyib. Onlar onlayn şəkildə iclasa qatılıblar. Lakin çıxışı zamanı əksər diplomatlar zalı tərk edib.