Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Aİ ölkələrinin mədəniyyətlərinin təbliği məqsədilə festival keçiriləcək

Mədəni irs festivalı ilə bağlı mətbuat konfransı

 

Bakıda "FantazEU" adlı mədəni irs festivalı keçiriləcək.

Yenixeber.org: Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko mədəni irs festivalı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, layihə artıq Azərbaycanda bir brendə çevrilib, festival mədəni müxtəlifliyin nümayişi üçün bir platformadır.

Aİ səfiri layihənin mədəni müxtəlifliyi, innovasiyanı təşviq etdiyini, Aİ Nümayəndəliyinin müxtəlif illərdə Azərbaycanda bir sıra mədəni layihələr reallaşdırdığını vurğulayıb.

Səfir bildirib ki, Aİ mobillik layihələri həyata keçirir, incəsənət adamları üçün qarşılıqlı səfərlər təşkil olunacaq, bu isə mədəniyyətlərarası dialoqa, informasiya mübadiləsinə təkan verir. O, festivalın Belçika, Çexiya, Bolqarıstan, Fransa, Latviya Litva, İsveç Macarıstan, Polşa, Slovakiya və Yunanıstanın fəal iştirakı ilə təşkil olunacağını diqqətə çatdırıb.

"Bu festival Avropa mədəni irsini təşviq edir, Azərbaycan Avropa arasında mədəni əlaqələri genişləndirmək, Azərbaycanda mədəni müxtəlifliyi təşviq etməkdə bu layihənin əsas məqsədlərindəndir. Bu layihə Aİ və Azərbaycan arasında güclü tərəfdaşlığın bir rəmzidir. Bir neçə aydır ki, Azərbaycandayam, buradakı mədəni irsi məni heyran edib. Avropa və Azərbaycanla oxşar cəhətləri kəşf edirəm. Mən inanıram ki fəaliyyətlərimiz nəticəsində xalqlarımız bir-birini daha yaxşı tanıyacaq, tolerant mühitdə əməkdaşlığa davam edəcəklər" - səfir qeyd edib.

Mətbuat konfransında Litva səfiri Egidiyus Naviskas çıxış edib.

O bildirib ki, pandemiyadan sonra festival bu il nəhayət ki, virtual keçirilməyəcək.

Səfir qeyd edib ki, festival çərçivəsində litvalı rəssamın əsərlərindən ibarət sərgi keçiriləcək. Latviya səfirinin müavini Viya Buşa çıxışında deyib ki, festivalda Latviya tarixi barədə film nümayiş olunacaq. Həmçinin, latviyalı fotoqrafın çəkdiyi şəkillər sərgidə nümayiş olunacaq.

Həmçinin festival çərçivəsində martın 5-də məşhur latviyalı skripkaçının Heydər Əliyev Mərkəzində konserti keçiriləcək.

Fransa səfirinin mədəniyyət müşaviri Jerome Kelle çıxışında deyib ki, Fransa bu festivalda filmlərlə təmsil olunacaq.

Macarıstan səfirliyinin mədəniyyət və təhsil üzrə diplomatı Mixali Qruber çıxışında deyib ki, festival çərçivəsində keçiriləcək "Körpülər sərgisi"ndə Macarıstanın iki körpüsü nümayiş olunacaq, həmçinin İçərişəhərdə macar memarlıq abidələri nümayiş olunacaq, film nümayişi keçiriləcək. Həmçinin ADA universitetində seminar təşkil olunacaq.

Qeyd edək ki, festival martın 1-dən 18-dək Bakının müxtəlif mədəniyyət ocaqlarında keçiriləcək. Festivalın məqsədi Aİ-yə üzv ölkələrin mədəniyyətlərinin təbliğidir. Festival çərçivəsində qapalı və açıq havada foto sərgilər, konsertlər, ədəbiyyat gecələri, seminarlar, film nümayişləri və bələdçi turlar təşkil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam