Bayramov Çavuşoğlunu -Azərbaycana dəvət etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Yenixeber.org: Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.
Ceyhun Bayramov həmçinin qısa müddətdə Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.