ABŞ Dövlət Departamenti İordaniyaya 12 ədəd F-16C döyüş təyyarəsinin satılmasına razılıq verib.
Yenixeber.org: Bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Satışın ümumi dəyəri 4.21 milyard dollardır. müqaviləyə qırıcılarla yanaşı texniki dəstək vasitələri də daxildir.
Müqavilənin əsas icraçısı “Lockheed Martin” şirkəti olacaq.