YAP-ın rayon təşkilatlarının yeni sədrləri -fəaliyyətə başlayıblar
Hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının yeni sədrləri bu gündən rəsmi qaydada fəaliyyətə başlayıblar.
Yenixeber.org: Bunu YAP sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qısa zamanda hər bir rayon və şəhərdə partiya təşkilatlarının fəaliyyətinin daha çevik, müasir tələblərə və Prezidentin tapşırıqlarına uyğun qurulması üçün təkliflər təqdim ediləcək.