Münaqişə tərəfləri arasında danışıqlar başlayıb-Efiopiyada
Efiopiyada Tıqray üsyançıları federal hakimiyyət orqanları ilə danışıqlara başlayıblar.
Yenixeber.org: Bu barədə "Somali Guardian" nəşri məlumat yayıb.
Üsyançıların təklif etdiyi şərtlər arasında döyüş əməliyyatlarının dayandırılması, Amhara dövlətinin xüsusi təyinatlı qüvvələrinin və Eritreya hərbçilərinin Tıqray ərazisindən çıxarılması, humanitar blokadanın götürülməsi var. Eyni zamanda, lazım gələrsə, Tıqray qüvvələrinin dövlətin sakinlərini qorumaq üçün yenidən hərbi əməliyyatlara başlayacağını bildirilir.
Qeyd edək ki, Tıqray üsyançıları 2021-ci ilin oktyabrın 27-də Amhara və Afarı işğal edərək Efiopiyanın şimalına hücum ediblər. Noyabrın 25-də hökumət qüvvələrinin əks-hücuma keçməsi nəticəsində vəziyyət dəyişməyə başlayıb.