Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Dəm qazı zəhərlənmələrinə qarşı -qanunvericilik təkminləşdirilir

Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkminləşdirilir

Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkminləşdirilir. Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə çıxarılacaq təkliflər bu sahədə olan bir sıra boşluqların aradan qaldırılması üçün nəzərdə tutulub. Qazdan qanunsuz istifadə ilə bağlı meyarlar da müəyyənləşib.

Yenixeber.org: Bunu millət vəkili Naqif Həmzəyev bildirib.

O qeyd edib ki, qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının havalandırma və havadəyişmə sistemlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyatı dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur.

“Qaz paylayıcının işçiləri tərəfindən ildə bir dəfə bir noyabr tarixinə qədər həm qaz xətləri, qaz avadanlıqlari, həm də tüstü bacaları, havalandırma, havadəyişmə sistemi müayinə ediləcək, onlara texniki baxış keçiriləcəkdir. Əgər müvafiq nöqsanlar, problemlər aşkarlanarsa, aktlar tərtib ediləcək və istehlakçıya müddət veriləcək ki, o ya qazpaylayıcı ilə və yaxud da bu sahədə ixtisaslaşmış özəl şirkətlərlə bu problemin aradan qaldırılması üçün razılaşsın”-deyə millət vəkili əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam