Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Türkiyə Mərkəzi Bankı 2022-ci ildə -“üzən” məzənnəni saxlayacaq

Türkiyə Mərkəzi Bankı (TCMB) milli valyutanın “üzən” mübadilə məzənnəsi rejimini, həmçinin inflyasiyanın orta müddətli hədəf göstəricisini 5 % səviyyəsində saxlayacaq.

Yenixeber.org: Bu barədə bankın 2022-ci il üzrə açıqlanmış pul-kredit və məzənnə siyasətində qeyd olunur.

Bank inflyasiyanın hədəflənməsi rejimini gələn il də tətbiq etməkdə davam edəcək. Siyasətin əsas aləti həftəlik repo üzrə faiz dərəcəsi olacaq.

TCMB uyğun bazar şəraitində öz ehtiyatlarını artırmağı davam etdirmək niyyətindədir.

Qeyd edək ki, milli valyutanın məzənnəsinin düşməsi səbəbindən arxada qalan il ərzində ölkənin maliyyə sistemi çətinliklər yaşayıb. Belə ki, TCMB-nin uçot dərəcəsini bir neçə dəfə endirməsindən sonra milli valyuta kəskin şəkildə dəyərini itirib: ilin əvvəli 7,4 lirəyə mübadilə olunan 1 ABŞ dolları dekabrın 20-də rekord 18,4 lirə səviyyəsinə çatıb. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məzənnənin volatilliyinə qarşı mübarizə haqqında yeni tədbirlər barədə bəyənatından sonra lirə itirmiş olduğu mövqeləri bir qədər geri qaytarıb və hazırda 1 ABŞ dolları 12 lirə səviyyəsində mübadilə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam