Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

İqtisadi Zonaların İnkişafı Agentliyini bu qurumlar idarə edəcək

İqtisadi Zonaların İnkişafı Agentliyini 4 dövlət qurumu idarə edəcək

Prezident İlham Əliyevin bu gün nizamnaməsini təsdiqlədiyi İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyəti olacaq.

Yenixeber.org: Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək.

Şuranın 4 üzvü İqtisadiyyat Nazirliyinin, 3 üzvü isə Kənd Təsərrüfatı Nazirliyinin, “Azərişıq” ASC-nin və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin (hər qurumdan bir nəfər olmaqla) nümayəndələrindən ibarət olmaqla 7 üzvü var. Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir. Şuranın sədrini və sədr müavinini iqtisadiyyat naziri Şura üzvləri sırasından 5 il müddətinə vəzifəyə təyin və vəzifədən azad edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam